Dünya futbolunda Holand kimisi olmamışdı

01.07.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya futbolunun ən "qorxulu" hücumçularından olan Erlinq Holand Norveç milli komandasının heyətində inanılmaz bir uğura imza ataraq tarixə keçib.

Fanat.Az xəbər verir ki, ulduz forvard Norveç forması ilə çıxdığı son 13 qarşılaşmada rəqib qapılarına tam 25 qol vurmağı bacarıb.

O, bu seriya ərzində Sloveniya, Qazaxıstan, İtaliya, İsrail və Estoniya kimi komandalarla yanaşı, İraq, Seneqal, Fil Dişi Sahili və xüsusilə 5 qol vurduğu Moldova yığmasını darmadağın edib.

Bununla da Holand futbol tarixində milli komanda forması ilə 60 qol həddinə ən sürətli (cəmi 53 matçda) ulaşan yeganə oyunçu ünvanını ələ keçirib.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью