Dünya futbolunun əfsanəsi üçün əlamətdar gün

24.06.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün dünya futbolunun əfsanəsi Lionel Messinin 38 yaşı tamam olur.

İdman.biz xəbər verir ki, o, 1987-ci il iyunun 24-də Argentinanın Rosario şəhərində anadan olub.

Peşəkar karyerasının böyük hissəsini "Barselona"da keçirən Messi həmçinin PSJ-də, 2023-cü ildən isə "İnter Mayami"də çıxış edir.

O, karyerası ərzində dəfələrlə nüfuzlu turnirlərin qalibi olub, titul və mükafatlar qazanıb, çoxsaylı rekord və nailiyyətlərə imza atıb.

2005-ci ildən bəri Argentina millisində keçirdiyi 193 oyunda 112 qol vurub, 2022-ci ildə dünya çempionu olub.

Hamıdan çox - 8 dəfə "Qızıl top"u qazanan Messi 2020-ci və 2023-cü illərdə dünyanın ən yaxşı idmançısı kimi "Laureus" mükafatına layiq görülüb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью