Dünya gözəli olmaq üçün yarışacaq

09.08.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Türkiyənin 2016-cı il gözəli Buse İskenderoğlu dünya gözəli tacı uğrunda mübarizə aparacaq.
Demokrat.az
xəbər verir ki, 19 yaşlı model dekabrın 10-da ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək “Miss World” beynəlxalq gözəllik müsabiqəsində Türkiyəni təmsil edəcək.
İskenderoğlu yarışa ciddi hazırlaşdığını və Türkiyəni beynəlxalq platformada layiqincə təmsil etmək istədiyini bildirib.
Gənc model müsabiqədə yalnız gözəlliyi ilə deyil, Türkiyənin mədəniyyəti və ölkə haqqında məlumatlarla da diqqət çəkməyi hədəfləyir.
Qeyd edək ki, “Miss World” dünyanın müxtəlif ölkələrindən gözəllərin qatıldığı ən nüfuzlu beynəlxalq gözəllik müsabiqələrindən biridir.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью