Dünya gözəli qəfil öldü (Foto)

15.08.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci il "Miss Earth İndoneziya" gözəllik müsabiqəsinin qalibi Putri Andriani Juficha 26 yaşında vəfat edib.

Milli.Az NOCOMMENT.az-a istinadən xəbər verir ki, onun ölüm xəbəri 14 avqustda, məhz doğum günündə açıqlanıb.
Xəbər gözəllik müsabiqəsinin pərəstişkarları arasında böyük təəccüb və kədərə səbəb olub. Jufichanın ölüm səbəbi hələlik açıqlanmayıb.

"Miss Grand Indonesia" müsabiqəsinin təşkilatçıları onun vəfatı ilə bağlı paylaşım ediblər.

"Bizimlə səyahətiniz çox tez başa çatsa da, paylaşdığınız xatirələr, sevgi və işıq qəlbimizdə yaşayacaq", - deyə təşkilatın açıqlamasında bildirilib.

Putri Andriani Juficha 2025-ci ildə "Miss Grand Indonesia" müsabiqəsində ikinci yerə çıxıb. Daha sonra İndoneziyanı "Miss Earth 2025" yarışmasında təmsil etmək hüququ qazanıb və "Miss Earth İndoneziya 2025" tituluna sahib olub.

Gözəllik müsabiqələrindən əlavə, Juficha ekoloji layihələrdə də fəal iştirak edib. O, tullantıların təkrar emalı, çayların qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı təşəbbüslərə dəstək verib. Hüquq təhsili alan Juficha eyni zamanda musiqi ilə məşğul olub və öz bəstələrini yayımlayıb.

2026-cı ilin iyununda o, "Miss Culture International" yarışmasında münsif kimi fəaliyyət göstərib. Onun sonuncu "Instagram" paylaşımının isə ötən ay edildiyi bildirilir.

Jufichanın qəfil ölümü gözəllik sənətində böyük kədər yaradıb. Onun şəxsi səhifəsində çoxsaylı izləyicilər və müsabiqə pərəstişkarları başsağlığı mesajları yazıblar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью