Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Avstriyalı 31 yaşlı gözəllik ulduzu Stefaine Pieperin cəsədi meşədə çamadanda tapılıb.
Reyting.az xəbər verir ki, Avstriyanın Ştiriya şəhərindən məşhur gözəllik ulduzu 23 noyabrda yoxa çıxıb.
Qohumları tərəfindən itkin düşmüş şəxs haqqında verilən məlumatdan sonra Pieperin cəsədi Sloveniyada meşədə tapılıb.
Dünya gözəli Pieper dostuna yazdığı son mesajında bildirib ki, pilləkənlərdə kimsə var. Az sonra məlum olub ki, qatil onun sevgilisidir. Meşəlik ərazidə yanan avtomobilin yanında tutulan keçmiş sevgilisi Piperi boğduğunu, cəsədini çamadana qoyub meşəyə atdığını etiraf edib.
Qətldə şübhəli bilinən şəxsi Avstriyaya ekstradisiya ediblər.
V. QULİYEV