Dünya ilə əlaqəsi olmayan qəbilənin görüntüləri ortaya çıxdı VİDEO

24.12.2024

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya ilə əlaqəsi olmayan qəbilənin görüntüləri ortaya çıxdı - VİDEO

Braziliyanın Amazon meşələrində yaşayan və müasir dünya ilə heç vaxt təmasda olmayan son qəbilələrdən biri olan Massakoların ilk görüntüləri ortaya çıxıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın Yerli Xalqlar üçün Milli Fondu (Funai) tərəfindən yerləşdirilən gizli kameralar qəbilənin gündəlik həyatını qeydə alıb. Funai rəsmisi Altair Algayer: "Biz son ekspedisiyalarımız zamanı yeni daxmalar gördük. Onların əhalisinin sayının 300-ə yaxınlaşdığını təxmin edirik" deyə açıqlama verib.

Massakonu digər Amazon qəbilələrindən fərqləndirən ən mühüm xüsusiyyətlər uzun daxmaları, heyvan kəllələrindən düzəltdikləri totemlər və xarici dünyaya qarşı sərt tədbirlər görmələridir. Qəbilə üzvləri ərazilərinə yaxınlaşanları uzaqlaşdırmaq üçün meşə döşəməsinə iti taxta paylardan ibarət tələlər qururlar.

Braziliyada mövcud olduğu bilinən 28 təcrid olunmuş qəbilədən biri olan Massakonun qorunması Amazon meşələrinin gələcəyi üçün də böyük əhəmiyyət kəsb edir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью