Dünya İqtisadi Forumu Davosu tərk edə bilər FT | Icma.az
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. Dünya İqtisadi Forumunun (WEF) təşkilatçıları onilliklərdir İsveçrənin Davos şəhərində keç
Bu məsələnin gündəmə gəlməsinə səbəb forumun ənənəvi Alp kurortunu "ötüb keçməsi" və çoxsaylı iştirakçılarla artan infrastruktur yükünün ida
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.
Bu müzakirələrin əsas təşəbbüskarlarından biri investisiya nəhəngi "BlackRock”un rəhbəri və WEF-in idarə heyətinin müvəqqəti həmsədri olan Larri Finkdir.
O, qeyri-rəsmi söhbətlərdə forumun daha az elitist və daha açıq olmasının vacibliyini vurğulayıb, tədbirin daimi olaraq başqa yerə köçürülməsi və ya rotasiya prinsipi ilə müxtəlif şəhərlərdə keçirilməsi imkanlarını qeyd edib.
Müzakirə olunan variantlar arasında Detroyt (ABŞ), Dublin (İrlandiya) və digər iri şəhərlər var.
Bu debatlar WEF rəhbərliyindəki dəyişikliklər fonunda aparılır.
Təşkilatın banisi Klaus Şvabın 2025-ci ildə istefasından sonra idarəetmə yeni müvəqqəti heyətə keçib ki, bu da forumun gələcək strategiyasına yenidən baxılmasını sürətləndirir.
Tam oxu
Xəbəri oxu