Dünya klounlardan bezib : İranın xarici işlər naziri Zelenskinin sözləri ilə bağlı

23.01.2026

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya ordusu tamamilə xarici yardımdan və xarici muzdlulardan asılı olan "səriştəsiz klounlardan" bezib.

Bizimyol.info xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bunu 22 yanvarda Davosda çıxışı zamanı Vladimir Zelenskinin İslam Respublikasının daxili işlərinə xarici müdaxilə çağırışına cavab olaraq bildirib.

"Dünya səriştəsiz klounlardan bezib, cənab Zelenski. Xaricdən dəstəklənən və muzdlularla dolu olan ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü müdafiə edə bilərik və xarici yardım axtarmağı zəruri hesab etmirik", - deyə o, "X" sosial şəbəkə hesabında yazıb.

Əraqçinin sözlərinə görə, Zelenski Amerika və Avropa vergi ödəyicilərini "korrupsiyalaşmış generallarının ciblərini doldurmağa" məcbur edir, eyni zamanda BMT Nizamnaməsini pozaraq İrana qarşı qanunsuz təcavüzə çağırır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью