Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp 2026-cı il Dünya Kubokundakı biletlərin yüksək qiymətlərinə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
Ağ Ev rəhbəri konkret olaraq bidirib ki, ABŞ-nin Dünya Kubokundakı Paraqvayla açılış matçı üçün 1000 dollar ödəməzdi.
“Mən bu rəqəmi bilmirdim. Əlbəttə ki, orada olmaq istərdim. Amma açığı, bunun üçün o qədər pul ödəməzdim”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, “Forbes” jurnalının məlumatına görə, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) tərəfindən 155 dollara satılan biletlərin qiyməti üçüncü tərəf saytlarında 1000 dollardan çox ola bilər. FIFA-nın 8680 dollara satdığı ən bahalı final biletləri üçüncü tərəf platformalarında 57 000 dollara çata bilər.
Xatırladaq ki, FİFA Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.