Dünya kuboku seriyası Bakıda keçiriləcək

17.12.2024

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gələn il Bakıdan da keçəcək akrobatika üzrə Dünya kuboku seriyası beş mərhələdən ibarət olacaq.

Apasport.az xəbər verir ki, iyunun 13-15-də Milli Gimnastika Arenasında reytinq yarışı keçiriləcək.

Mövsüm Purs-Sind-Amansda (Belçika, 6-8 mart) açılacaq, Dünya kubokunun ikinci mərhələsi Burqasda (30 may - 1 iyun) təşkil olunacaq, bundan sonra növbə Bakıya çatacaq.

Daha sonra seriya Aalendə (Almaniya, 19-21 iyun), final mərhələsi isə Rjeşofda (Polşa, 27-29 iyun) keçiriləcək.

Qeyd edək ki, akrobatika üzrə Dünya kuboku artıq 2018-ci ildə Bakıda keçirilib və iki il əvvəl paytaxtımız bu növ üzrə dünya çempionatı, eləcə də yaş qrupları üzrə Dünya yarışları keçirilib.

İdman gimnastikası üzrə hakimimiz 1-ci kateqoriyaya layiq görülüb Azərbaycanın gimnastika hakimləri qitələrarası kurslarda yüksək nəticə göstəriblər Gimnastımız beynəlxalq yarışda qələbə qazanıb Təmsilçilərimizdən 2 medal Bədii gimnastika hakimlərimiz 1-ci kateqoriyaya layiq görülüblər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью