Dünya kubokunda 17 ci yer

05.04.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Atıcılıq üzrə dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, 25 m məsafədən atəş açan qadınların yarışında təsnifat mərhələsi başa çatıb.

Azərbaycan snayperi Xanna Əliyeva da hədəf önünə keçib. O, 571 xal toplayıb. Atıcımız 25 iştirakçı arasında 17-ci yeri tutub. “Səkkizliy”ə düşə bilməyən təmsilçimiz final mərhələsindən kənar qalıb.

Qeyd edək ki, bu növdə mükafatçılar bu gün müəyyənləşəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью