Dünya kubokunda çıxış edəcək gimnastlarımız bəlli olub

07.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Aprelin 18-20-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya kubokunda iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib.

İdman.biz xəbər verir ki, turnirin ev sahiblərini fərdi çıxışda Gövhər İbrahimova və Zöhrə Cəfərova təmsil edəcək.

Azərbaycanı Dünya kubokunun qrup hərəkətlərində Ləman Əlimuradova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan və Dəri Sorokinadan ibarət komanda təmsil edəcək.

Qeyd edək ki, turnirdə 39 ölkənin gimnastları mübarizə aparacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью