Dünya Kubokunda çıxış edəcək təmsilçilərimiz müəyyənləşib

18.02.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanı Almaniyanın Kotbus şəhərində təşkil olunacaq Dünya Kubokunda təmsil edəcək idman gimnastları müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkəmizi beynəlxalq turnirdə məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalavanın rəhbərliyi altında Rəsul Əhmədzadə, Nikita Simonov, İvan Tixonov, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva təmsil edəcək.

Rza Əliyev, Əhməd Ağayev və Anjella Abdullayeva isə hakim kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Dünya Kuboku fevralın 20-23-də baş tutacaq.

Gimnastika hakimlərimiz yeni kateqoriyaya yüksəliblər Dünya Kubokunda iştirak edəcək gimnastlarımız müəyyənləşib Mingəçevirdə “Gimnastika hamı üçün” növü üzrə master klass keçiriləcək Dünya kubokunda iştirak edəcək gimnastlarımız bəlli olub Avropa Gimnastikasının rəsmisi Bakıda seminar keçib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью