Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirilib

20.05.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Milli Paralimpiya Komitəsinin rəhbərliyi Gürcüstanın paytaxtı Tbilisidəki Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüşüb. Bu barədə SİA-ya qurumun mətbuat xidmətinən məlumat verilib.

Toplantıda parapauerliftinqçilər və məşqçinin fikirləri dinlənilib.

Böyük əksəriyyəti gənclərdən ibarət olan milli komandanın uğurlarının davamlı olması üçün görüləcək işlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri Dünya Kubokunda 3 qızıl və 3 gümüş medal əldə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью