Dünya kubokunda qızıl medal

30.06.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

26–29 iyun tarixlərində Çinin Nankin şəhərində aerobika gimnastikası üzrə Dünya kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900 xal, Mədinə Mustafayeva və Vladimir Dolmatov isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar.

Finalda qarışıq cütlüyümüz 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medalın sahibi olublar. Sara Əlixanlı isə 18.050 xalla 6-cı yerdə qərarlaşıb.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью