Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2026-cı il Dünya Kubokunun oyunlarında vuvuzelaların istifadəsini qadağan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, qadağa vuvuzelalardan əlavə, fit, siqnal və digər yüksək səsli əşyalara da şamil ediləcək.
Həmçinin, stadionlara 12 sm-dən böyük musiqi alətlərinin gətirilməsi üçün turnir təşkilatçılarının əvvəlcədən yazılı razılığı tələb olunacaq.
Qeyd edək ki, vuvuzela, Cənubi Afrikada 2010-cu ildə keçirilən Dünya Kuboku zamanı geniş populyarlıq qazanan uzun, trubaya bənzər bir musiqi alətidir. Yüksək və monoton səsinə görə vuvuzelaların o vaxtdan bəri dünyanın bir çox idman tədbirlərində iştirakı qadağan edilib.
Xatırladaq ki, turnir 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Yarışda ilk dəfə olaraq 48 komanda iştirak edəcək.