Dünya kubokunun açılış mərasimi keçirilib FOTO

18.04.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Bakıda bədii gimnastika üzrə Dünya kuboku beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə start götürüb.

Ardınca Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb. O, artıq ölkəmiz doqquzuncu dəfədir bu yarışa ev sahibliyi etdiyini qeyd edib

Sonra tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsinin ardıncan bədii hissə ilə davam edib.

Qeyd edək ki, yarışda 39 ölkənin ginastları mübarizə aparırlar.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью