Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Batut və tamblinq üzrə Dünya kubokunda iştirak edəcək komandalar Bakıya gəlir.
İdman.biz xəbər verir ki, sabah gimnastlar üçün məşq günü olacaq, fevralın 22-də isə yarış start götürəcək.
Qeyd edək ki, batut və tamblinq gimnastları üçün mövsümün açılışı olacaq Dünya kubokunda 15 ölkədən idmançılar çıxış edəcəklər.
İştirakçı komandalar arasında Yaponiya, İspaniya, ABŞ, Qazaxıstan və digərləri var.
İdman.biz