Dünya Kubokunun qalibi olmuş samboçunun ölüm səbəbi məlum olub AZƏRTAC

15.01.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 15 yanvar, AZƏRTAC

Rusiyalı keçmiş samboçu və cüdoçu Olqa Baranovanın ölüm səbəbi məlum olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 33 yaşlı mərhum idmançı ağır xəstəlikdən dünyasını dəyişib.

Olqa Baranovanın daha əvvəl bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi bildirilmişdi.

O, 2014-cü ildə Rusiya Cüdo Kubokunun qızıl medalçısı, 2013 və 2015-ci illərdə sambo üzrə ölkə çempionatının mükafatçısı, həmçinin 2014-cü ildə sambo üzrə Dünya Kubokunun qalibidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью