Dünya liderləri Bakıda onları izlədilər Video Fotolar

13.11.2024

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Məlum olduğu kimi, bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində nitq söyləyib. Daha sonra tədbirin mədəni proqramlar hissəsi baş tutub.

“Qafqazinfo”nun məlumatına görə, bu hissədə Azərbaycanın paytaxtı və regionlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Eyni zamanda bunun fonunda qonaqlara incəsənət nümayəndələrinin, müğənnilərin, ifaçıların və rəqqasların iştirakı ilə konsert proqramı təqdim edilib. 

Sözügedən tədbirin bədii açılışını videonun 36-cı dəqiqəsindən izləyə bilərsiniz:








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью