Dünya liderləri gərginliyin tezliklə azalalacağını gözləmirlər İsveçrə

06.12.2024

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Dünya liderləri yaxın gələcəkdə dünyada gərginliyin azalacağını gözləmirlər.

Bizimyol.info xəbər verir ki, bu fikri İsveçrə prezidenti Viola Amherd deyib.

“Onların hamısı, dünya liderləri razıdırlar ki, dünyada belə çətin və qeyri-sabit vəziyyət İkinci Dünya Müharibəsindən bəri müşahidə olunmayıb”, - deyə “Neue Zürcher Zeitung” qəzeti prezidentin çıxışından sitat gətirib.

Prezidentin sözlərinə görə, heç kim “vəziyyətin nə qədər tez və ya haradasa, daha da pisləşə biləcəyini” bilmir. “Ancaq hamı əmindir ki, sürətli inkişaf gözlənilmir”, - deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью