Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveçin Kralı XVI Karl Qustavdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".
***14:43 Avstriya Prezidenti Aleksander Van der Bellen və Çexiyanın Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevə ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndəriblər.
BAKU.WS-in məlumatına görə, Avstriya prezidentinin təbrikində deyilir: "Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.