Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xarici mətbuata istinadən xəbər verir ki, dünya liderlərinə verilən ləqəblərin maraqlı siyahısı hazırlanıb.
Bu ləqəblərin bəziləri liderlərin xarakterini, siyasi fəaliyyətini və uğurlarını əks etdirir, digərləri isə xalq arasında qazandıqları nüfuz, şəxsi xüsusiyyətləri və ya adlarının qısaldılmış forması ilə bağlıdır.
Putin - “Vova” və “Volodya”
Rusiya Prezidenti Vladimir Putinin ləqəbləri onun adının rus dilində işlənən qısaldılmış və mehriban formalarıdır.
Tramp - “The Donald”
ABŞ Prezidenti Donald Trampın uzun illərdir işlədilən “The Donald” ləqəbi onun biznes və televiziya karyerası dövründən məşhurlaşıb.
Bayden - “Yuxulu Co”
ABŞ-nin sabiq Prezidenti Co Baydenə siyasi rəqibi Donald Tramp tərəfindən “Sleepy Joe” - “Yuxulu Co” ləqəbi verilib.
Ərdoğan - “Rəis” və “Uzun adam”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfdarları arasında “Rəis” və “Uzun adam” ləqəbləri ilə tanınır. Birinci ifadə onun liderlik mövqeyi, ikincisi isə fiziki görünüşü ilə əlaqələndirilir.
Makron - “Manu”
Fransa Prezidenti Emmanuel Makronun adının qısaldılmış forması “Manu”dur. Dövlət başçısı vaxtilə ona bu şəkildə müraciət edən yeniyetməyə irad bildirməsi ilə gündəmə gəlib.
Si Cinpin - “Böyük Si Baba” (Big Dady Xı)
Çin Xalq Respublikasının sədri Si Cinpinə verilən “Si Dady” ləqəbi ata fiquru və xalqla yaxınlıq obrazını ifadə edir.
Modi - “Namo”
Hindistanın Baş naziri Narendra Modinin adı və soyadının ilk hecalarından yaranan “Namo” ləqəbi siyasi kampaniyalarda geniş istifadə olunur.
Digər dünya liderlərinin ləqəbləri isə belədir:
Ukrayna Prezidenti Volodimir Zelenski - “Ze”
Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson - “BoJo”
Kanadanın sabiq Baş naziri Castin Trüdo - “Kiçik kartof” (Litle Potato)
İspaniyanın Baş naziri Pedro Sançes - “Cənab yaraşıqlı”, (Mr. Handsome)
Böyük Britaniyanın sabiq Baş naziri Rişi Sunak - “Vergi adamı” (Mr.Tax)
Almaniyanın sabiq kansleri Angela Merkel - “Mammy” (Ana)
ABŞ-nin sabiq Prezidenti Barak Obama - “Barri”
ABŞ-nin sabiq Prezidenti Con Kennedi - “JFK”
Səudiyyə Ərəbistananının vəliəhd şahzadəsi Məhəmməd bin Salman - “MBS”
Yeni Zellandiyanın sabiq Baş naziri Casinda Ardern - “Cindi xala”
Avstraliyanın Baş naziri Entoni Albanizi - “Albo”
Yaponiyanın sabiq Baş naziri Şinzo Abe - “Abenomika” (iqtisadi siyasətinin adı)
Böyük Britaniyanın mərhum kralişası II Elizabet - “Lilibet”
Serbiyanın sabiq Prezidenti Aleksandar Vuçiç - “577”
Avropa İttifaqı Şurasının sədri Antonio Koşta - “Babuş”
Qeyd edək ki, bu ləqəblərin hamısı eyni məna daşımır. Bəziləri xalqın rəğbətini ifadə etdiyi halda, digərləri siyasi rəqiblər tərəfindən istehza və tənqid məqsədilə istifadə olunur.
Mürtəza