Dünya Liqasının qrupları bəlli olub İdman və Biz

13.11.2024

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Tennis üzrə Dünya Liqasında çıxış edəcək tennisçilərin adları bəlli olub.

İdman.biz xəbər verir ki, 16 tennisçi dekabrın 19-dan 22-dək Abu Dabidə (BƏƏ) keçiriləcək yarışda 4 qrupda çıxış edəcək.

Hər qrupda 2 qadın, 2 kişi tennisçi mübarizə aparacaq.

Qruplar:

Qartallar: Kasper Ruud (Norveç), İqa Şvyontek (Polşa), Barbora Kreyçikova (Çexiya), Hubert Hurkaç (Polşa).

Qırğılar: Taylor Frits (ABŞ), Arina Sabalenka (Belarus), Sumit Naqal (Hindistan), Mirra Andreyeva (Rusiya).

Şahinlər: Daniil Medvedev (Rusiya), Yelena Rıbakina (Qazaxıstan), Andrey Rublyov (Rusiya), Karolin Qarsiya (Fransa).

Çalağanlar: Nik Kirqios (Avstraliya), Jasmin Paolini (İtaliya), Stefanos Tsitsitspas (Yunanıstan), Paula Badosa (İspaniya).

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью