Dünya mediası Azərbaycandan nə yazır?

14.08.2026

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Dünya mediası bu günlərdə Azərbaycan haqqında çox yazdı, çox danışdı.

Azərbaycanın strateji planları, narrativləri haqda çoxlu xəbərlər, şərhlər verildi.

Prezident İlham Əliyevin Naxçıvan səfəri zamanı verdiyi müsahibəyə çoxlu istinadlar var.

Məsələn, Qərb mediasında Azərbaycandan Ermənistana enerji ixracına, Azərbaycanın elektrik enerjisinin Avropaya ixrac edilməsinə dair fikirlər yer alıb. Fransa, Yunanıstan, Çexiya, Bolqarıstan və sair ölkələrin mediası bu fikirləri daha çox şərh edib.

Enerji təhlükəsizliyi Avropanın ən həssas nöqtələrindəndir. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda enerji təminatı artıq məşhur Hamletsayağı dilemmadır - "olum, ya ölüm".

Prezident İlham Əliyev də öz müsahibəsində enerji təhlükəsizliyinin fiziki təhlükəsizlikdən sonra gələn ikinci mühüm faktor kimi vurğulayıb.

Müsahibədəki bu mövzu Rusiya, Türkiyə ilə yanaşı Qərbi Asiya ölkələrinin mediasını da çox maraqlandırıb. Zəngəzur dəhlizi məsələsi isə hamının diqqətindədir. Hələ iyul ayından Amerika mediasında bu mövzuya diqqət artıb

Eyni zamanda Rusiya, Çin, İran və Türkiyədə, eləcə də, Avropada Prezidentin bu barədə açıqlamalarına xüsusi diqqət var. İran mediası Prezidentin İran ərazisi vasitəsilə Naxçıvana alternativ dəmiryolu ilə bağlı fikirlərini geniş şərh edib.

Ümumilikdə götürdükdə müsahibədə əsas istinad edilən fikirlər Azərbaycanın enerji ixracı, nəqliyyat və enerji dəhlizi Azərbayan-Ermənistan sülh prosesi, Ermənistana enerji daşıyıcılarının ixracı və sair kimi məsələlərdir. Deməli, bütün bunlar təkcə Azərbaycanın deyil, dünyanın da gündəmində olan mövzulardır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью