Dünya mətbuatı “Qarabağ”dan yazdı “Son dəqiqə nokautu”

22.01.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt” üzərindəki qələbəsi dünya mətbuatının da gündəminə düşüb.

Gununsesi.info xəbər verir ki, tanınmış mətbuat orqanları 3:2 hesablı qalibiyyəti müxtəlif başlıqlarla paylaşıblar.

Onların  bəzilərini təqdim edirik:

“Onefootball”: “Ayntraxt”ın Avropa macərası “Qarabağ”ın son dəqiqələrdə dramatik qələbəsi ilə başa çatdı”.

“Le Figaro”: “Qarabağ” sürprizlərə davam edir”. 

“Bild”: “Ayntraxt”a Çempionlar Liqasında son dəqiqə nokautu”. 

“Reuters”: “Qarabağ” qələbədən sonra pley-off şanslarını artırdı”. 

“Marca”: “Mustafazadə “Qarabağ”ı pley-offa yaxınlaşdırdı, “Ayntraxt” isə mübarizədən kənarlaşdırıldı”.

“Mundo Deportivo”: “Qarabağ”ın uğuru “Ayntraxt”ı məğlub edərək pley-offa yaxınlaşmalarına səbəb oldu”.

“La Gazetta dello Sport”: “Qarabağ”ın “Ayntraxt” üzərində tarixi qələbəsi. Azərbaycanlılar Çempionlar Liqasının pley-off mərhələsindədirlər”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью