Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beynəlxalq humanitar təşkilat Oxfam-ın yaydığı son hesabatda dünya üzrə milyarderlərin sərvətində kəskin artım qeydə alındığı bildirilib.
Banco.az xəbər verir ki, 2025-ci ilə qədər milyarderlərin ümumi sərvətinin 16 faiz artacağı proqnozlaşdırılır ki, bu da son beş ildəki orta illik artım tempindən üç dəfə çoxdur.
Hesabat ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumundan öncə dərc olunub.
Oxfam-ın məlumatına əsasən, 2020-ci ildən bu yana dünya milyarderlərinin sərvəti 81 faiz artaraq 18,3 trilyon dollara çatıb.
Qeyd olunur ki, təkcə 2025-ci ilə qədər milyarderlərin sərvətində pul ifadəsində artım 2,5 trilyon dollar təşkil edib.
Bu məbləğ bəşəriyyətin ən yoxsul yarısının — 4,1 milyard insanın malik olduğu ümumi aktivlərlə təxminən eynidir.
Oxfam bildirir ki, bu qədər vəsait qlobal miqyasda ifrat yoxsulluğun 26 dəfə aradan qaldırılmasına kifayət edərdi.