Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna prezidenti Vladimir Zelenski III Dünya Müharibəsinin real təhlükəsi barədə xəbərdarlıq edib.
Reyting.az-ın məlumatına görə, V. Zelenski deyib ki, Ukraynadakı müharibə bütün dünyanı təhdidlə üzləşdirib.
"Rusiya lideri Vladimir Putin dayandırılmasa, Ukraynada müharibə III Dünya Müharibəsinə qədər böyüyə bilər", - Zelenski qeyd edib.
Ukrayna lideri əlavə edib ki, sərtlik nümayiş etdirməsək, o (Putin) daha da irəliləyəcək: "Bu, sadəcə olaraq hansısa fərziyyə deyil, təhlükə realdır. Putinin son məqsədi Rusiya imperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri qaytarmaqdır. Bütün bunları nəzərə alaraq, mən hesab edirəm ki, vəziyyət dünya müharibəsinə çevrilə bilər".
E. KAMAL