Dünya müharibəsindən qalma bomba partladıldı

12.12.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın Hanau şəhərində İkinci Dünya müharibəsindən qalma bir sursatın nəzarətli şəkildə zərərsizləşdirilməsi zamanı yaranan təzyiq dalğası gözləniləndən daha güclü olub. 

"Cebheinfo.az" xəbər verir ki, Artı49-un xəbərinə görə, Hanau şəhər rəhbərliyi tərəfindən verilən açıqlamada hadisə zamanı xəsarət alanın olmadığı bildirilib.

Lakin partlayışın yaratdığı təzyiq səbəbilə binalarda şüşələr qırılıb və konstruktiv zədələr meydana gəlib. Ziyanın miqyasını müəyyənləşdirmək üçün ərazidə ətraflı araşdırmalara başlanılıb. Rəsmilər partlayış zamanı yaranan təzyiq dalğasının əvvəlcədən proqnozlaşdırılandan daha güclü olduğunu vurğulayıblar.

Ətrafdakı tikililəri qorumaq məqsədilə əvvəlcədən qurulan və 15 konteynerdən ibarət olan qoruyucu baryerin ziyanı tamamilə qarşısını ala bilmədiyi qeyd olunub.

Texniki Yardım Xidmətinə bağlı iki statik mütəxəssis partlayışın binalara təsirini araşdırmaq üçün hadisə yerinə göndərilib. 

Təhlükəsizlik səbəbilə bəzi küçələr müvəqqəti olaraq bağlanıb, oğurluq riskinə qarşı əlavə tədbirlər görülüb.

Partlayışdan təsirlənən təxminən 60 nəfərin evlərinə qayıdarkən yanğınsöndürmə briqadaları və psixososial təcili yardım qrupları tərəfindən qarşılanacağı bildirilib.

Rəsmilər vətəndaşların mənzillərinə nəzarətli şəkildə daxil olmalarına müşayiət ediləcəyini açıqlayıblar.İlkin araşdırmalarda sursatın fosforlu yanğın bombası olduğu güman edilsə də, aparılan detallı analizlər bu fərziyyəni təkzib edib. 

Darmştadt Regional İdarəsinin sözçüsü, sursat üzərindəki işarələrin və formasının fərqli bir növü göstərdiyini bildirərək, partladılan obyektin “stör bombası” adlandırılan bir növ olduğunu açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью