Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya Müsəlman Alimlər Birliyi Livan xalqına və Livanın yenidən qurulması prosesinə, bir ildən çoxdur İsrailin hücumlarına məruz qalan Qəzza və vətəndaş müharibəsinin davam etdiyi Sudanda qanuni hökumətə dəstək çağırışı edib.
"Cebheinfo.az" xəbər verir ki, Qətərin paytaxtı Dohada Dünya Müsəlman Alimləri Birliyinin qərargahında həftəsonu keçirilən Qəyyumlar Şurasının iclasından sonra bəyanat dərc olunub.
Bəşəriyyəti, ləyaqəti və təbiəti qoruyan xalqlar arasında ortaq dəyərlərin qorunub saxlanması lazım olduğu bildirilən bəyannamədə İslam ölkələrinə və cəmiyyətinə çətinliklərin və şikayətlərin yaşandığı bölgələrin xalqları ilə həmrəylik, birlik və bərabərlik çağırışı edilib.
Bəyannamədə İsrailin Qəzza və Fələstinə etdiyi hücumlar şiddətlə pislənərək, "əsrin cinayəti" olaraq xarakterizə edilib.
İsrailin Qəzzada istifadə etdiyi və beynəlxalq hüquqa zidd olan silahların araşdırılması üçün beynəlxalq təhqiqat komissiyasının yaradılmasını tələb edilib.
Bəyanatda "Fələstin davasına, xüsusilə Qəzzaya davamlı dəstək və qida, dərman, geyim və sığınacaq kimi əsas ehtiyacların qarşılanmasına xüsusi diqqət yetirilməlidir" deyilir.
Birlik həmçinin “Livan xalqına dəstək və yenidənqurma səylərində köməklik göstərməyə” çağırıb.