Dünya necə bölüşdürüləcək? XƏRİTƏ

13.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ-nin "Newsweek" jurnalı öz saytında Rusiya, ABŞ və Çin arasında dünyanın bölüşdürülməsini əyani şəkildə göstərən xəritə dərc edib. Xəritə Ukraynada münaqişənin bitməsi nəticəsində yarana biləcək vəziyyəti əks etdirir.

Oxu.Az xəbər verir ki, "Newsweek" Rusiya və ABŞ arasında davam edən danışıqları qlobal şahmat oyununun bir hissəsi adlandırır.

Gələcək nüfuz dairələri rənglərlə göstərilib:

- Qırmızı: Rusiya - bütün Avropa (Böyük Britaniya daxil), Türkiyə və Cənubi Qafqaz;

- Göy: ABŞ - bütün Şimali Amerika və Qrenlandiya;

- Sarı: Çin - Cənub-Şərqi Asiya, Yaponiya, Hindistan və Pakistan.

Xəritədə həmçinin heç bir bloka aid edilməyən boz rənglərlə göstərilən ölkələr və regionlar da var: Cənubi Amerika, Afrika, Avstraliya və Yaxın Şərq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью