Dünya neft emalı gücünü sürətlə itirir Araşdırma

11.05.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Qlobal neft emalı gücü 2035-ci ilə qədər 21 faiz azala bilər.

"Yeni Sabah" xəbər verir ki, məlumatı "İzvestiya" qəzeti "Implementa" konsaltinq şirkətinin araşdırmasına istinadən yayıb.

Tədqiqata görə, qlobal neft emalı gücünün təxminən 10 faizi (gündə 9 milyon barel) azaldılıb. Daha 21 faizinin (gündə 18,4 milyon barel) 2035-ci ilə qədər bağlanma riski ilə üzləşəcəyi gözlənilir. pizza mizza

Qəzet yazır ki, son 10 ildə bağlanmaların əksəriyyəti Çində (30 faiz), Avropada (20 faiz) və Şimali Amerikada (5 faiz) baş verib.

Tədqiqatın müəllifləri Avropanın 2035-ci ilə qədər neft emalı gücünün təxminən yarısını (49 faiz) itirə biləcəyini proqnozlaşdırıblar. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью