Dünya nəhəngi Avropadan Türkiyəyə köçür

14.11.2024

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Dünyanın ən böyük mühərrik istehsalçılarından biri olan “Yanmar” şirkəti investisiya bazası olaraq Türkiyəni seçib.
Reyting.az
xəbər verir ki, Yapon “Yanmar” Avropadakı bütün kənd təsərrüfatı əməliyyatlarını dayandıraraq Türkiyəyə köçürmək qərarına gəlib.
“Yanmar” YTAgri brendi ilə kənd təsərrüfatı texnikası sahəsində mövcudluğunu gücləndirir. Türkiyə Kənd Təsərrüfatı Ticarət Xətti və Biznes İnkişafı Direktoru Murat Balkan Kanbir 2017-ci ildə “Yanmar”ın Türkiyəyə daxil olduğunu və 2019-cu ildə İzmir Torbalıda Solis və “Yanmar” markalı traktorların istehsalına başladıqlarını demişdi.
Qeyd edilir ki, “Yanmar” xüsusilə dəniz tərəfində çox güclüdür. Marina qayıqları və quru yük gəmiləri üçün mühərriklər istehsal edir. O, həmçinin tikinti avadanlıqlarından tutmuş enerji sistemlərinə qədər ticarət əməliyyatlarına malikdir.
Avropa əməliyyatlarının Türkiyəyə transferindən sonra bütün “Yanmar” traktorları İzmirdə istehsal olunacaq. Bu, həm də “Yanmar”ın dünyada 7-ci Ar-Ge mərkəzi olacaq.

V. QULİYEV

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью