Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünyanın tanınmış avtomobil istehsalçılarından olan “Nissan” şirkətinin vəziyyəti getdikcə ağırlaşır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, dilerlər avtomobilləri zərərlə satırlar, istehsal azalır və şirkətin gəliri sıfıra yaxınlaşır.
Gəlirin azalması səbəbindən şirkət bu yaxınlarda minlərlə işçisini işdən çıxarıb və “Mitsubishi”dəki payının üçdə birini satıb.
Lakin bu tədbirlər də fayda vermədiyindən şirkətin vəziyyəti ağırlaşır.
Hətta analitiklər proqnozlaşdırır ki, şirkət əsaslı dönüş yarada bilməsə, “Nissan”ın gələcəyi qaranlıq olacaq.
“Financial Times”a müsahibə verən və adını açıqlamayan “Nissan”ın iki meneceri şirkətin "sağ qalmaq” üçün 12-14 ay vaxtının qaldığını bildirib.
Onlar həm Yaponiya, həm də ABŞ-dən vəsait əldə etməyin zəruriliyini vurğulayaraq, qarşılaşdıqları çətinliklərdən danışıblar.