Dünya nəhəngindən ŞOK QƏRAR İşçilər kütləvi ixtisar olunur

24.04.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Amerikanın texnologiya nəhəngi "Intel" bu həftə əməkdaşlarının 20%-dən çoxunun ixtisar ediləcəyini elan etməyə hazırlaşır. Bu addım şirkətdəki bürokratik maneələri azaltmaq və mühəndislik texnologiyalarına daha çox diqqət yönəltmək məqsədi daşıyır.

Milli.Az xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, bu ixtisarlar "Intel"in idarəetmə strukturunu sadələşdirməyə və innovasiyalara sərmayəni artırmağa xidmət edəcək.

Qeyd olunur ki, bu, mart ayında Lip-Bu Tanın baş direktor təyin olunmasından sonra həyata keçiriləcək ilk ixtisar dalğasıdır.

Xatırladaq ki, 2024-cü ilin sonunda "Intel"in işçi sayı 108,9 min nəfər olub. Şirkət artıq ötən il təxminən 15 min işçisini işdən azad etmişdi.

Kənan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью