Dünya nəhənginin reklamını süni intellekt hazırladı Tezliklə yüzlərlə insan işsiz qalacaq?

30.11.2024

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Coca-Cola" süni intellektdən istifadə etdiyi reklam çarxı ilə müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, dünyanın ən nəhəng şirkətlərindən biri olan "Coca-Cola" builki reklam çarxında süni intellekt texnologiyasından istifadə edərək diqqət mərkəzinə düşüb. Şirkətin ənənəvi bayram məzmunlu reklamı süni intellekt vasitəsilə hazırlanıb və sosial mediada geniş müzakirələrə yol açıb.

Həmçinin oxu:

Bu sahədə çalışanlar işsiz qala bilər - "Təhlükə" var - VİDEO

Reklam çarxında qarlı qış mənzərəsində rəngarəng bəzədilmiş evlərin arasından keçən məşhur "Coca-Cola" yük maşını təsvir olunur. Lakin bu çarxın süni intellektlə hazırlanması kreativ sahə nümayəndələri və sosial media istifadəçiləri tərəfindən tənqid edilib.

Sosial şəbəkələrdə yayımlanan şərhlərdə milyardlarla dollar gəlir əldə edən bir şirkətin real sənətçilər və yaradıcı qruplar əvəzinə süni intellektdən istifadə etməsi "maliyyə qənaəti" cəhdi kimi dəyərləndirilib. İstifadəçilər reklam sektorunda iş imkanlarının süni intellektə təhvil verilməsinə narazılıqlarını ifadə ediblər.

"Coca-Cola"nın bu addımı süni intellektin yaradıcı sahələrdəki rolu ilə bağlı yeni müzakirələrə yol açıb. Bu qərar, sənət və texnologiyanın gələcəyi mövzusunda fərqli fikirlərin formalaşmasına səbəb olub.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью