Dünya nəhəngləri Osimheni izləyəcək

06.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Türkiyənin “Qalatasaray” klubunun ulduz futbolçusu Viktor Osimhen ilə maraqlanan klubların sayı durmadan artmaqdadır.

“Cebheinfo.az” xəbər verir ki, PSJ, “Çelsi” və “Mançester Yunayted”dən sonra “Arsenal” da nigeriyalı ulduz üçün hərəkətə keçib.

4 klub da Osimheni izləmək üçün İstanbula skautlarını göndərib. 

O, yanvar ayında “Qalatasaray”dan ayrılmayacağını açıqlsa da, təkliflər gəlir. 

Hətta sözügedən dünya nəhənglərinin yanvar ayında “Napoli”yə yeni təkliflər verəcəyi də proqnozlaşdırılır.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm “Qalatasaray”da meydana çıxdığı 12 matçda 9 qol vurub, 5 məhsuldar ötürmə edib. 

Müqavilə ilə “Napoli”yə məxsus olan futbolçunun sərbəst qalma dəyəri isə 75 milyon avrodur.

Elmir
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью