Dünya nizamının dağılmasının son mərhələsi… Lukyanov

05.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

2025-ci ildə əvvəlki dünya nizamının dağılmasının son mərhələsi davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Fyodor Lukyanov 2025-ci il üçün geosiyasi proqnozlarını təqdim edərkən deyib.

Analitik hesab edir ki, Ukraynadakı münaqişə dönüş nöqtəsinə yaxınlaşır:

“Konfliktin forması, demək olar ki, üç ilə yaxındır şahidi olduğumuz konfiqurasiya artıq tükənib və başqa mərhələyə keçməlidir.

Bir neçə mümkün variant var: ola bilsin ki, diplomatik proses başlayacaq. Mən tendensiyaları və inkişafları, o cümlədən Tramp administrasiyasının mövcudluğunu nəzərə alaraq, status-kvonun davam edəcəyini sanmıram”.

Onun sözlərinə görə, geosiyasi mühitdə baş verən prosesləri “Amerika rəhbərliyinə əsaslanan dünya nizamının yıxılması” adlandırmaq olar:

“Tramp və onun komandası Amerikanın siyasi meydanına yenidən baxılmasını və transformasiya edilməsini təklif edib. Bu, təkcə ABŞ-ın xarici deyil, həm də daxili siyasətində və xüsusən kollektiv Qərbin siyasətində nəzərəçarpacaq inkişafları nəzərdə tutur. Prinsiplər, dəyərlər, AB-nin mövcud olduğu əsaslar tükənib, Avropa sarsılır, AB-nin genişlənmə siyasəti Şərqi Avropada işləmir. 2025-ci il Avropa siyasəti baxımından dönüş nöqtəsi olacaq”.

Onun fikrincə, Rusiyanın bu mühitdə siyasətini inkişaf etdirməsi daha asandır:

“Rusiya Ukrayna ilə bağlı bəyan etdiyi prinsiplərdən əl çəkməyəcək. Danışıqların başlayacağı istisna edilmir, təbii ki, bu, hamı üçün daha müsbət ssenari olardı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью