Dünya okeanlarında iyul ayının rekord temperaturu qeydə alınıb

11.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 avqust, AZƏRTAC

Bu il dünya okeanlarında iyul ayının rekord temperaturu qeydə alınıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının iqlim monitorinqi xidməti məlumat yayıb.

Bildirilib ki, dünyanın qütb bölgələrindən kənarda - 60 dərəcə şimal və 60 dərəcə cənub arasında - dəniz səthinin orta temperaturu ötən ay 20,96 dərəcə olub. Bu da əvvəlki - 2023-cü ildəki 20,89 dərəcəlik maksimumu üstələyib.

Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, ötən ay qlobal miqyasda rekord səviyyədə ikinci ən isti iyul ayı olub və temperatur sənaye dövründən əvvəlki orta göstəricidən 1,47 dərəcə yüksək olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью