Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cakomo Puççininin “Turandot” operası oktyabrın 24, 25 və 27-də Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Axşam.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim edəcəyi tamaşada beynəlxalq opera səhnələrində tanınan ifaçılar yerli sənətçilərlə eyni səhnəni bölüşəcəklər.
Tamaşanın ilk günü Turandot obrazını italiyalı soprano Karmen Cannattasio, Kalafı Xalq artisti Yusif Eyvazov canlandıracaq. Digər günlərdə isə Turandot rolunda Əməkdar artist Fəridə Məmmədova və Əməkdar artist İlahə Əfəndiyeva, Kalaf obrazında isə çilili tenor Dieqo Qodoy çıxış edəcək.
Tamaşalar müxtəlif dirijorların rəhbərliyi ilə təqdim olunacaq. Oktyabrın 25-dəki nümayiş Fəridə Məmmədovanın 50 illik yubileyinə və səhnə fəaliyyətinin 30 illiyinə həsr ediləcək.
Qeyd edək ki, tamaşalar hər üç gün saat 19:00-da başlayacaq.