Dünya Qadın Seriyası: Neftçi Orlean mərhələsinin çempionu olub

18.06.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 iyun, AZƏRTAC

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Orlean (Fransa) mərhələsinin ikinci oyun gününün görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Azərbaycanı təmsil edən "Neftçi" 1/4 final oyununda İspaniya millisinə 20:14, yarımfinalda Niderlandın "Amsterdam" klubuna 17:13 hesabları ilə qalib gələrək, finala vəsiqə qazanıb.

Finalda isə ev sahibi Fransa yığması ilə üz-üzə gələn təmsilçimiz gərgin mübarizənin yekununda 20:21 hesabı ilə qələbə qazanıb və Orlean mərhələsinin çempionu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью