Dünya Qadın Seriyası: Neftçi SOCAR 1/4 finala vəsiqə qazanıb

18.07.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala vəsiqə qazanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "ağ-qaralar" əsas mərhələnin A qrupunda Çexiyanın "Praqa" komandasını məğlub edib - 18:14.

Komanda Litva millisinə uduzsa da (16:21), mərhələ adlaya bilib.

Azərbaycan millisi seçmə mərhələnin B qrupunda Benini məğlub etsə də (21:3), Braziliyaya yenilərək (9:19) mübarizəni dayandırıb.

Xatırladaq ki, Dünya Qadın Seriyasının Bakı mərhələsi iyulun 19-da başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью