Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Ağdamın işğaldan azad edilməsindən dörd il keçməyi ilə yanaşı, Qarakənd faciəsindən də 33 il ötür.
Belə ki, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, erməni hərbi dəstələri Azərbaycan hərbi helikopterini vurub.
Hadisə nəticəsində Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı professor, əməkdar jurnalist Qulu Məhərrəmli bi
"Qarakənd faciəsi Azərbaycanın son dövr tarixində ən acı, ən ağrılı səhifələrdən biridir və bu gün biz həmin terror hadisəsində qətlə yetiri
Qarakənd faciəsi haqqında heyif ki, o vaxt Azərbaycanın rəsmi informasiya orqanları çox yanlış məlumat verdilər.
Yəni dünyaya bu cür çatdırıldı ki, guya vertolyot dağa dəyib, qəzaya uğrayıb, amma əslində, faktiki olaraq bu, erməni quldurlarının həmin helikopteri xüsusi silahla vurması ilə baş vermişdi.