Dünya reytinqi: “Qarabağ” 21, “Sabah” 40 pillə geriləyib, “Araz Naxçıvan”dan sıçrayış

11.04.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Klubların dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlində planetin 510 ən yaxşı komandası yer alıb.

Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 138,50 xalla dünyada 124-cüdür. Ağdam klubu ötən ayla müqayisədə 21 pillə geriləyib.

“Zirə” 100,75 xalla 220-cidir. Bakı klubu 1 pillə geriləyib.

“Sabah” 64,75 xalla 393-cüdür. Paytaxt təmsilçisi 40 pillə geriləyib.
“Top-510”a daxil olan “Araz-Naxçıvan” 55 xalla 492-cidir. Naxçıvan təmsilçisi 37 pilləlik sıçrayışla irəliləyib.

Qeyd edək ki, cədvələ 508 xalla “Real” başçılıq edir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью