Dünya reytinqi: “Qarabağ”dan irəliləyiş, “Turan Tovuz”dan sıçrayış İdman və Biz

10.12.2024

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Klubların dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in siyahısında planetin 504 ən yaxşı komandası yer alıb.

Azərbaycan cədvəldə dörd klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ” 177,50 xalla dünyada 67-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 5 pillə irəliləyib.

“Zirə” 94,25 xalla 219-cu yerdədir. Bakı klubunun mövqeyi dəyişməz qalıb.

62,50 xala malik “Sabah” 9 pillə irəliləyib. Paytaxt təmsilçisi 409-cudur.

Ən yaxşılar sırasına yeni daxil olan “Turan Tovuz” 53,75 xalla 496-cıdır. Kurban Berdıyevin komandası 31 addımlıq sıçrayışa imza atıb.

Qeyd edək ki, cədvələ 388 xala malik “Real” başçılıq edir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью