Dünya reytinqində futbol klublarımızın yeri Qarabağ gerilədi

10.08.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi siyahıda 137,25 xalla 134-cü sıradadır.

“Zirə” (84,75) 42 pillə itirərək 274-cü mövqeyə düşüb.

”Araz-Naxçıvan” (70.25) 76 sıra irəliləyərək 363-cü, “Sabah” (86) 49 pillə artıraraq 264-cü olub.

Qeyd edək ki, 501 klubun olduğu siyahının ilk pilləsində İspaniya təmsilçisi “Real” (520) qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью