Dünya Saatçılıq Günü qeyd ediləcək

06.10.2026

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

10 Oktyabr – Dünya Saatçılıq Günü bu il ikinci dəfə "Mədəniyyəti daşıyan saatlar" şüarı ilə qeyd ediləcək.

Kulis.az xəbər verir ki, saatçılığı sənətkarlıq, mühəndislik və mədəni irsin kəsişmə nöqtəsi kimi dəyərləndirən bu beynəlxalq təşəbbüs çərçivəsində İsveçrə, ABŞ, Fransa və Yaponiyada xüsusi sərgilər, mühazirələr və emalatxanalar təşkil olunacaq.

Təşəbbüsün Türkiyədən olan təsisçilərindən Mehmet Çağrı Gündoğdu təşkilatın qlobal miqyas almasında mühüm rol oynayıb.

Tarixin 10 oktyabr seçilməsi isə saat reklamlarında əqrəblərin simmetrik, estetik və gülümsəyən üzü xatırladan "10:10" mövqeyindən qaynaqlanır.

Qeyd edək ki, layihə çərçivəsində 10-11 oktyabr tarixlərində İstanbulda da "Istanbul Watch Festival" keçiriləcək.

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi Yüzlərlə sənətçi incəsənət yarmarkasında iştirak edəcək Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью