Dünya şahmat tacı: Beşinci oyun sona çatdı KONKRET

30.11.2024

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şahmat üzrə dünya çempionu adı uğrunda beşinci görüşdə hazırkı dünya çempionu çinli Din Lijenin iddiaçılar turnirinin qalibi hindistanlı Dommaracu Qukeşlə matçı davam edir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Sinqapurda davam edən çempionluq matçının 5-ci partiyası bu gün baş tutub.

Qukeş ağ fiqurlarla, Lijen isə qara fiqurlarla oynayıb. Görüş heç-heçə başa çatıb.

Beşinci oyundan sonra hesab 2,5:2,5-dir. Altıncı oyun dekabrın 1-də keçiriləcək.

Qeyd edək ki, şahmat tacı uğrunda görüş klassik tərzdə 14 oyundan ibarətdir. 14-cü oyuna qədər şahmatçılardan biri 7,5 xal toplasa, görüşün qalibi vaxtından əvvəl müəyyən edilə bilər. Heç-heçə olacağı təqdirdə, şahmatçılar dekabrın 13-də tay-breyk oynayacaqlar.

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью