Dünya savaşın ASTANASINDA: “Avropa ölkələrinə qarşı raket hücumları ehtimalı ciddidir” Yen…
Yenicag saytına istinadən Icma.az xəbər verir. “Rusiya-Ukrayna müharibəsi yeni bir mərhələyə qədəm qoyub.
ABŞ prezidenti Co Baydenin icazəsindən sonra Ukrayna artıq Rusiyanın strateji dərinliklərinə zərbələr endirmək imkanına malikdir.
Bu vəziyyət Rusiyanı daha kəskin addımlar atmağa vadar edir.
Rusiya, görünür, gələcəkdə belə hücumların qarşısını almaq üçün indidən sərt tədbirlər görməyə çalışır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Siyasi şərhçi Rusiya lideri Vladimir Putinin son günlər Qərbi hədəfə alan hədyan çıxışlarını şərh edib.
Onun sözlərinə görə, digər tərəfdən, Rusiya müharibəni sanki bütün Qərbə qarşı təkbaşına apardığını nümayiş etdirmək istəyir: “Halbuki reallıq başqadır: Ukraynaya 50-yə yaxın ölkə müxtəlif səviyyələrdə dəstək göstərir, lakin bu dəstəyin əsasını ABŞ və Böyük Britaniya təşkil edir.
Fransanın isə daha çox proseslə bağlı danışdığını, yardım siyahısında ciddi iştirak etmədiyini müşahidə edirik.
Tam oxu
Xəbəri oxu