Dünya Səhiyyə Təşkilatı müflis olur

19.05.2025

Icma.az, Medicina saytına istinadən bildirir.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maliyyə vəsaiti çatışmazlığı ilə üzləşib. ABŞ Tramp seçiləndən sonra ÜST-ə yardımı dayandırdıqdan sonra bu gözlənilən idi.

"Medicina" xəbər verir ki, təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus bəyan edib.

Onun sözlərinə görə, icraçı rəhbərliyinin sayı 14-dən 7 nəfərə, departamentlərin sayı 76-dan 34-ə azalacaq.

Qebreyesus əlavə edib ki, növbəti idövrdə təşkilat 500 milyon dollardan çox əməkhaqqı kəsiri ilə üzləşəcək.

Bu gedişlə ÜST-ün səlahiyyətsiz quruma çevrilmə ehtimalı artır.

medicina.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью